Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində üç nəfər – 1985-ci il təvəllüdlü Rövşən Rzayev, 1966-ci il təvəllüdlü Fəda Nəsirov və 1964-cü il təvəllüdlü Əhmədov Nizam xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az