Xırdalanda seksual manyak peydə olub.
Lent.az-ın məlumatına görə, 21 yaşlı qız polisə müraciət edərək bir neçə gün əvvəl yaşadığı evə pəncərədən daxil olmuş naməlum kişinin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib.
Həmin kişi qızın səs-küy saldığını görərək hadisə yerindən qaçıb. Daxil olan şikayət əsasında Abşeron rayon polis idarəsi tərəfindən araşdırmalara başlanılıb.
Hazırda polis qızın evinə girərək seksual hərəkətlər edən kişini axtarır.
www.102info.az