Lənkəranda avtomobil yeniyetməni vurub

Cəmiyyət


Lənkəranda minik avtomobili piyadanı vurub.

APA-nın cənub bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb. Lerik rayonunun Rvarud kənd sakini, 1974-cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov “Niva” markalı, 99-MK-990 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.

Xəsarət alan yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

R.Fərəcovanın vəziyyəti ağır olduğundan Masallı rayonundakı özəl klinikalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir