Nazirlikdə İsrailin tibb məhsulları istehsal edən aparıcı şirkətınin rəhbərliyi ilə görüş keçirilib – FOTO

Cəmiyyət


Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbər heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının səmərəli olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edirlər.

Ölkələrimiz arasında əczaçılıq sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Teymur Musayev İsraildə əczaçılıqda güclü sənaye potensialının mövcudluğunu, elmi-tədqiqat bazasının inkişaf etdirildiyini, dərman vasitələrinin istehsalı sahəsində innovasiyaların geniş tətbiq olunduğunu diqqətə çatdırıb.

Sonda Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini qeyd edib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən “Biopharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin “BioPharmax” şirkətinin istehsal etdiyi yüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir