Hansı sahələrdə işçilərin yaş məhdudiyyətini 70-ə qaldırmaq olar? – Ekspert ŞƏRHİ

Cəmiyyət


Milli Məclisin bugünkü iclasında deputat Musa Quliyev təklif edib ki, dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyəti 65-dən 70-ə qaldırılsın:

“Son zamanlar təhsil, səhiyyə və digər təşkilatlarda işçilər pensiya yaşı çatan kimi dərhal işdən azad edilirlər. Onların stajı, praktikası nəzərə alınmır.

Nəzərə alaq ki, həmin şəxslərin pensiya həddi minimumdur. Bundan sonra iş tapa bilməyəcəklər. Əgər işçi sertifikasiyadan keçib, tələblərə cavab verirsə, onlar işləsinlər. Təklif edirəm, dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyəti 65-dən 70-ə qaldırılsın”.

Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov hesab edir ki, təklifə məsələnin xüsusiyyətindən asılı olaraq diferensial qaydada baxmaq olar:

“Dövlət qulluğu ilə bağlı məsələdə yaş məhdudiyyətinin 65-dən 70-ə qaldırılmasına, əslində, baxmaq olar. Ən azından, bu məsələyə diferensial qaydada baxmaq olar.

Yəni onu dövlət qulluğunun bütün sahələrinə deyil, bəzi sahələrə aid etmək olar. Bir sıra spesifik sahələr var ki, orada 65 yaşına çatanları pensiyaya yola saldıqda həmin sahədə mütəxəssis boşluğu yaranır.

Mütəxəssisləri, adətən, dövr, zaman yetişdirir. Bu baxımdan da məsələyə xüsusi spesifiklik nöqteyi-nəzərindən baxıla bilər. Amma 70 yaş məsələsi dövlət büdcəsindən maliyyələşən heç də bütün sahələrə şamil edilməməlidir. Çünki insanlar vaxtında təqaüdə çıxıb, ondan yararlanmaq istəyirlər”.

Ekspertə görə, 70 yaşında pensiyaya çıxmaq məsələsi konkret olaraq kənd təsərrüfatı sektoruna, səhiyyə, təhsil sistemi, ətraf mühitin mühafizəsi üzrə mütəxəssislərə şamil edilə bilər:

“Buradakı kadrların bacarığı bir-iki günə formalaşmır. Onlar illər boyu öz işlərilə təcrübə qazanırlar. Dövlət orqanlarında bu sahədə çalışan mütəxəssislərin təcrübəsinə ehtiyac var”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir