Azərbaycanəsilli şəxs Rusiyanın ən varlı varislərinin reytinqinə başçılıq edir

Cəmiyyət


“Forbes” jurnalı rusiyalı milyarderlərin ən varlı varislərinin reytinqini tərtib edib.

Jurnalın dərc etdiyi məlumata görə, birinci yerdə “Lukoil”un ən böyük səhmdarı və təsisçisi, azərbaycanəsilli Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov qərarlaşıb. Onun mirası 20,5 milyard dollar təşkil edib. Ələkbərovun özü isə nəşrin ən zəngin rusiyalılar siyahısında altıncı yerdədir.

İkinci yerdə “Euroxim”in təsisçisi, əvvəllər ən zəngin rusiyalı milyarder hesab olunan Andrey Melniçenkonun varisləri qərar tutublar. Onun övladları Tara və Adrian hər biri 12,6 milyard dollar miras alacaqlar.

Üçüncü yerdə hər biri təxminən 10,8 milyard dollarlıq miras payına sahib olan “Novatek” və “Sibur” şirkətinin sahibi Leonid Mixelsonun övladları gəlir.

Dördüncü yerdə Novolipetsk Metallurgiya Zavodunun direktorlar şurasının sədri Vladimir Lisinin övladları Dmitri, Yuri və Anastasiya qərarlaşıblar ki, onların hər biri 7,35 milyard dollar alacaq.

Beşinci yer Ural Mədən-Metallurgiya Şirkətinin təsisçisi İsgəndər Mahmudovun oğluna qismət olub. Onun mirası təxminən 7,3 milyard dollar təşkil edib.

Qeyd edək ki, “Henley & Partners” və “New World Wealth” şirkətləri keçən il Rusiya Federasiyasını ən zəngin insanların sayına görə “ilk onluq”dakı ölkələrin siyahısına daxil ediblər.

Mənbə: MK.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir