“Hazırda Bakı metrosunda sərnişin axını ilə bağlı monitorinqlər davam edir. Yay mövsümünün gəlişi ilə metrodan istifadə edən sərnişinlərin də sayı azalmağa başlayır”.
Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, metropolitenin yay qrafikinə keçidi iyun ayının sonlarında nəzərdə tutulub.
“Sərnişinlərin böyük bir qismini tədris ocaqlarının tələbə, müəllim və şagird heyəti təşkil etdiyinə görə nəticələr bu istiqamətdə araşdırmalardan sonra elan olunacaq”, – B.Məmmədov əlavə edib.
Aytac Qasımova
www.102info.az