Zaqatalada minik avtomobilləri daşıyan yük maşını aşıb – FOTO/VİDEO

Cəmiyyət


Zaqatalada Gürcüstan Respublikasına məxsus yük maşını aşıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi, xarici dövlətlərdə istehsal edilmiş minik avtomobillərini daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı dirəyə dəyib. Qəzadan sonra yük maşınının qoşqusu aşıb.

Qoşquda olan minik avtomobilləri əzilib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir