Bir neçə gün əvvəl Şəkinin Çeşməli kənd sakini 17 yaşlı Sayalı Əfruzanova evdən çıxıb və bir daha geri dönməyib.
Bizim.media-nın yerli bürosu bildirir ki, bununla bağlı Sayalı Əfruzanovanın yaxınları rayon polis şöbəsinə məlumat veriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Çeşməli sakini mayın 26-da saat 15 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib.
Hazırda onun axtarışları davam etdirilir.
www.102info.az