5 yaşlı Leylanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Tural Abbasov məlumat verib.
O bildirib ki, övladı Leyla artıq 3 ildir Beta-talassemiya xəstəliyindən əziyyət çəkir.
“Leylanın Beta-talassemiya xəstəliyindən əziyyət çəkdiyini onun iki yaşı olanda öyrəndik. Həmin gündən bura isə müalicələrini davam etdiririk. Hazırda övladıma ilik köçürülmə əməliyyatı edilməlidir”.
Tural Abbasov bildirib ki, ilik köçürmə əməliyyatı üçün onların 83 min dollara ehtiyacı var.
“Biz həmin məbləğin 32 min dollarını toplasaq da, 51 000 dollarımız əskik qalıb. Bunun üçün yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: 055-202-33-87
www.102info.az