Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Cəmiyyət


Bakının Suraxanı rayonunda 49 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Zığ qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Sirac İsgəndər oğlu Quliyev yolu keçərkən onu avtomobil vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

www.102info.az