Ağdamda çoxillik ağacların aşması nəticəsində elektrik xətlərini sıradan çıxdı – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Ağdam rayonu ərazisində güclü küləyin əsməsi nəticəsində bir sıra kəndlərə ziyan dəyib.

Rayon fövqəladə hallar komissiyasından “Report”a verilən məlumata görə, Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Həsənxanlı kəndində məktəb binası və fərdi yaşayış evlərinin dam örtükləri sıradan çıxıb, bəzi evlərin daş divarları aşıb.

Çoxillik ağacların aşması nəticəsində 10 kVt elektrik xətlərini sıradan çıxarıb. Bir neçə fərdi yaşayış evlərinin üzərinə aşan ağaclar fərdi evlərə ciddi ziyan vurub.

Qasırğa ilə müşahidə olunan güclü yağış rayon ərazisində fəaliyyət göstərən kümçülərə də ziyan vurub. Belə ki, barama qurdlarının bəsləndiyi tikililəri su basıb.

Hazırda rayon ərazisinə dəyən ziyanın ilkin hesablamaları davam edir.

23:55

Ucarda yağışla müşahidə olunan güclü külək evin dam örtüyünü qoparıb.

APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini, 1957-ci il təvəllüdlü Ənvər Məmməd oğlu Məmmədov xəsarət alıb.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Bundan başqa rayonun Küçəkənd kəndində ağac Aşura Musayevaya məxsus dükanın üzərinə aşıb. Nəticədə o, yüngül xəsarət alıb.

Zərərçəkənin dediyinə görə, ona ümumilikdə 12 000 manat ziyan dəyib.

21:55

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

“Avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F.Abdullayev ürəktutmadan dünyasını dəyişib. Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar”, – deyə polis kapitanı qeyd edib.

20:50

Leysan xarakterli yağışlar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolu birtərəfli bağlanıb.

“Report” xəbər verir ki, güclü külək nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçaydan keçən hissəsində irigövdəli ağac qırılaraq yolun hərəkət hissəsinə düşüb.

Nəticədə yolun əsas hissəsi avtomobillər üçün keçilməz olub.

20:42

Güclü yağış və külək Ucar rayonunda bir sıra fəsadlar törədib.

Bu barədə “Report”a rayon sakinləri xəbər veriblər.

Məlumata görə, güclü külək Ucar şəhəri, Heydər Əliyev prospekti 133 ünvanında yaşayış binasının damını uçurub. Nəticədə yağış suları mənzillərə axıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Güclü külək habelə bəzi ərazilərdə ağacların budaqlarını qırıb, rayonun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

19:38

Göyçay və Ağdamda hazırda şiddətli hava şəraiti qeydə alınır.

APA xəbər verir ki, hazırda rayonda güclü küləklə yağış müşahidə olunur.

Göyçayda qasırğa və yağış rayonda insanların hərəkətində ciddi problem yaradıb.

İlkin məlumatlara görə, bəzi ticarət obyektləri və iş yerlərinində yağışın şiddətli olması səbəbindən obyektləri dam örtüyündən su basıb.

Şamaxı-İsmayıllı yolunda da güclü yağışla müşahidə olunan qasırğa baş verib.

Ağdamda yağışla müşahidə olunan külək rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektik naqillərini qırıb.

Rayonun Qaradağlı kəndində kökündən qopan ağac avtomobilin üstünə aşıb. Məmmədov Xəqani Rəhbər oğluna məxsus VAZ-2106 markalı avtomobillə hərəkətdə olduğu maşının üstünə aşan ağac avtomobili yararsız hala salıb, sürücü xəsarət almayıb.

Qeyd edək ki, Göyçay rayonunda güclü külək və qasırğa iki nəfərin ölümünə səbəb olub və yaralananlar var. Onlardan biri avtomobildə olan zaman üzərinə ağac aşıb, digəri isə evin uçması nəticəsində dünyasını dəyişib.

Bundan əlavə, Mırtı və Qarabaqqal kəndlərində yaralananların olduğu bildirilir.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir