Biləsuvarda leysan yağır

Cəmiyyət


Biləsuvar rayonunda leysan xarakterli intensiv yağış yağır.

“Report”un Muğan bürosunun məlumatına görə, hazırda rayon ərazisində hava şəraiti kəskin dəyişib.

Şimşəklə müşahidə olunan intensiv yağışlar Bolqarçay çayında suyun səviyyəsinin çoxalması riskini artırır.

Qeyd edək ki, mayın 31-də saat 2 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub. Xüsusi qərargah yaradılıb, sel sularının qarşısının alınması üçün tədbirlər görülür.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir