Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayım uşaqların psixoloji vəziyyəti haqqında olacaq.
Oxu.Az-ın məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarovadır.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Aydan xanıma ünvanlaya bilərsiniz.

www.102info.az