Sumqayıtda iki avtomobil toqquşub, 64 yaşlı sürücü ölüb

Cəmiyyət


Sumqayıtda avtomobillər toqquşub.

APA xəbər verir ki, 1995-ci il təvəllüdlü Əli Məmmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə, 1959-cu il təvəllüdlü Tofiq Kərimovun idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub.

Nəticədə Tofiq Kərimov xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.102info.az