Bakının Nərimanov rayonunda körpüdən özünü atmaq istəyən qızı maşın vurub.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
1999-cu il təvəllüdlü Qəhrəmanova Günel Zaman qızı körpüdən özünü atmaq istəyib.
O, sonradan fikrindən daşınaraq özünü avtomobilin qarşısına atıb.
Maşın vurması zamanı xəsarət alan G.Qəhrəmanova xəstəxanaya yerləşdirilib.
www.102info.az