Bakının Sabunçu rayonunda yeniyetmələr arasında dava düşüb və iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Sabunçu rayonunun İvan Anaşkin küçəsində qeydə alınıb.
2007-ci il təvəllüdlü Novruzov Yusif Xaqani oğlu və 2001-ci il təvəllüdlü Kənan Mustafayev bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, bıçaqlanan hər iki şəxs Sabunçu rayonu ərazisində yerləşən məktəblərdən birinin şagirdləridir.
www.102info.az