“Bu il yol-nəqliyyat hadisələrində 7 uşaq ölüb, 27 nəfər xəsarət alıb”.
“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri Namidan Piriyev “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı tədbirdə deyib .
Onun sözlərinə görə, ötən il isə yol-nəqliyyat hadisələrində 57 uşaq ölüb, 145 uşaq xəsarət alıb:
“Qəzaların statistikasını hazırlayanda uşaqların statistikası ayrıca verilir. Ölüm və xəsarətlə nəticələnən bu hadisələrin kökündə bəzən piyadaların öz həyatlarını heçə sayması, ani diqqətsizliyi və ya məsuliyyətsizliyi dayanır. “Gedəcəyim ünvana daha tez çatım” prinsipini əsas tutan belə piyadalar yola necə gəldi çıxırlar. Təəssüf ki, ölümü keçiddən üstün sayan piyadalar, hətta 4-6 zolaqlı, sürətli yollarda belə yaxınlaşan avtomobilin qarşısına qəfil çıxmaqla qəzaların qurbanına çevrilirlər”.
www.102info.az