Nazir müavini: “Yaşa görə pensiyanın orta aylıq məbləği 500 manat olacaq”

Cəmiyyət


“Azərbaycanda sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə çatdırılması nəzərdə tutulub”.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov keçirdiyi mətbuat konfransda bildirib.

Onun sözlərinə görə, son beş ildə orta aylıq pensiya 2,1 dəfə artaraq 431 manata çatdırılıb.

Nazir müavini qeyd edib ki, hazırda 65 yaşdan yuxarı şəxslərin yaşa görə orta aylıq pensiyası 465 manata çatmaqdadır.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir