İşğaldan azad edilmiş ərazilərin Regional Nəqliyyat Baş Planı hazırlanıb və planın icrası istiqamətində mühüm işlər həyata keçirilib.
APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov 1-ci Beynəlxalq Nəqliyyat və Logistika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Baş Plana əsasən həyata keçirilən layihələr sırasında Horadiz -Ağbəndə dəmir yolları layihələri mühüm əhəmiyyət kəsb edir:
“Sözügedən layihələrin 2024-cü ilin sonuna qədər yekunlaşması planlaşdırılır”.
www.102info.az