DYP şagirdlər üçün turlarla əlaqədar məktəblərə çağırış etdi

Cəmiyyət


“Məktəblilərlə təşkil edilən turlarda təhlükəsiz hərəkət üçün bütün məktəblərdən xahiş edirik, bizə müraciət etsinlər”.

APA xəbər verir ki, bunu Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı tədbirdə deyib.

“Biz məktəblilərlə təşkil edilən turlarda qəza hallarının olmasına rast gəlirik. Buna görə xahiş edirik, bütün məktəblər bizə müraciət etsinlər. Biz onların yollarda təhlükəsiz hərəkəti üçün müvafiq addımlar ataq”, – R.Tağıyev yay fəslinin gəlməsi və uşaqlarla təşkil edilən turlar barədə danışarkən deyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir