Bakıda bir marşrut üzrə avtobuslarda gediş haqqı “BakıKart”a keçib

Cəmiyyət


İyunun 1-dən etibarən 77 nömrəli marşrut üzrə böyüktutumlu (12 metrlik) avtobuslar fəaliyyət göstərir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, avtobuslarda ödəniş nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, aparılan təhlillər əsasında 77 nömrəli müntəzəm marşrutun istismarında nöqsanlar aşkarlanıb. Həmçinin ötən müddətdə sərnişinlərdən marşrutun fəaliyyəti ilə bağlı şikayət xarakterli çoxsaylı müraciət daxil olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir