Sel səbəbilə Bolqarçay anbarından su boşaldıldı: Əkinləri necə suvaracaqlar? – AÇIQLAMA

Cəmiyyət


Ötən gün Biləsuvar rayonunda müşahidə edilən leysan xarakterli intensiv yağışlar səbəbindən Bolqarçay çayında suyun səviyyəsinin çoxalması riski yaranıb. Elə həmin gün də “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev mətbuata açıqlamasında sel suları çatana qədər Bolqarçay su anbarındakı suyun boşaldıldığını qeyd etmişdi.

Bəs su hara boşaldılıb? Kənd sakinləri qarşıdakı günlərdə suvarma ilə bağlı hər hansı çətinlik çəkə bilərlərmi?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Dilqəm Şərifov qeyd edib ki, sözügedən ərazidə heç bir problem yoxdur:

“Bolqarçay su anbarında heç bir qəza, fəlakət olmadan su kütləsini köçürdük. Kifayət qədər su ehtiyatı var. Su kütləsini, ehtiyatları stabil səviyyədə saxlamışıq. Axşam yenə eyni həcmdə sel suları gəlmişdi.

Suvarma məsələsi ilə bağlı narahatlığa əsas yoxdur. Kanallarda da su ehtiyatı var. Kanalları ona görə boşaltdıq ki, sel suları artanda oraya su buraxaraq daşqının qarşısını alaq. Kifayət qədər suyumuz var, bu gün heç bir problem yoxdur”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir