Gəncədə sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya uğrayıb – FOTO

Cəmiyyət


Gəncə şəhərində sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya uğrayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

“Mercedes Vito” markalı mikroavtobus QAZ-31 markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan “Mercedes Vito” yaxınlıqdakı dairənin beton maneəsinə çırpılıb.

Qəza nəticəsində mikroavtobusda olan qadın sərnişin xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az