Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməmi itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı abidəyə çırpılıb.
Qəza zamanı 1993-cu il təvəllüdlü Fuad Hüseynov və 1981-cü il təvəllüdlü Gülüzadə Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az