Gələn həftə ərzində hava necə olacaq? – PROQNOZ

Cəmiyyət


“İyunun 4-ü gündüz və 5-dən 9-a qədər bəzi rayonlarda qeyri-sabit hava şəraiti olacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, fasilələrlə yağış yağacaq:

“Ayrı-ayrı bölgələrdə yağıntı leysan xarakterli olacaq. Şimşək çaxacaq, dolu düşəcək. Balakən, Şəki, Qazax, Gəncə, Dağlıq Şirvan zonalarında yağıntılar intensiv və güclü olacaq. Qərb küləyi əsəcək”.

O qeyd edib ki, bəzi çaylardan qısamüddətli sel keçəcəyi gözlənirlir:

“Gözlənilən küləkli hava şəraiti ilə əlaqədar olaraq, əhalinin irigövdəli ağacların, çoxmərtəbəli binaların altında dayanmağı tövsiyə olunmur. Eyni zamanda, əhali çay hövzələrindən də uzaq durmalıdır”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir