“Respublika üzrə ümumilikdə əkilən 535 min hektar taxıl sahəsindən cəmi 3 min hektar əraziyə ümumiyyətlə suvarma suyunun verilməsi mümkün olmayıb”.
Bu barədə Oxu.Az-a açıqlamasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov taxıl sahələrində suvarma prosesləri ilə bağlı ümumi vəziyyət barədə məlumat verərkən deyib.
Onun sözlərinə görə, həmin 3 ha taxıl sahəsi yağıntı hesabına su ilə təmin olunublar:
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu taxıl əkilən sahənin həcmi 25 min ha artıb. Bu da dünya baş verən proseslərlə əlaqədardır. Bu istiqamətdə ölkə başçısının müvafiq sərəncamına əsasən ölkədə taxıl istehsalının artırılması üçün atılan addımdır. Taxıl sahələri artırılıb və həmin sahələrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 dəfə artıq su verilib. Bu, kiçik rəqəm deyil”.
Könül Cəfərli
www.102info.az