DİM uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayır

Cəmiyyət


“Uşaqlara ilk növbədə özlərini dərk edib, potensiallarını qiymətləndirməyi öyrətməliyik”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən insan resursları və idarəetmə forumunda deyib.

O bildirib ki, hər bir insan öz potensialını bilməlidir. Bunu dərk edəndən sonra müəyyən inkişaf trayektoriyasını cızmaq üçün müəllimlər lazımdır:

“Müəllimlər bilik bölüşməkdən başqa, onu necə əldə etməyin yollarını öyrətməlidirlər. Bilik bir okeandırsa, həmin okeanda üzməyi bacarmaq lazımdır. Bizdə bir atalar sözü var: Palaza bürün, el ilə sürün. Amma bu, hesab edirəm doğru deyil. Bəlkə insanın öz yolu var?!”

M.Abbaszadə qeyd edib ki, uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayırlar:

“Artıq 5000-dən çox uşaq imtahan verib. Biz indi testlərin əsasında təkmilləşdirmə aparıb proqram təminatı hazırlayırıq. Həmin proqramı məktəblərə vermək istəyirik ki, təxminən 7-ci sinifdən məktəblilər özlərini dərk edib, hansı sahədə potensialları olduğunu bilsinlər. Hazırda bu layihə ilə bağlı işçilərimiz müxtəlif rayonlarda testlər aparır və yekunda layihə Elm və Təhsil Nazirliyinə təqdim olunacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir