83 yaşlı kişi qəzada öldü

Cəmiyyət


Gəncədə yolu keçən 83 yaşlı kişini avtomobil vurub öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 2-də saat 12 radələrində Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini Şəfi Yusif oğlu Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı, 90-TO-635 qeydiyyat nömrə nişanlı avtomobillə yolu keçən 1940-cı il təvəllüdlü Kamil İsmayıl oğlu Rüstəmovu vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb

Faktla bağlı Şəmkir RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir