Sumqayıt parkında qanunsuz tikintinin qarşısı alındı – FOTO/VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən Sumqayıt şəhərində yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir