Hacıqabul rayonunda baş verən yol qəzasında ər və arvad xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yol qəzası zamanı Hacıqabul şəhər sakinləri, 1966-cı il təvəllüdlü Müslümov Şiralı Teymur oğlu və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Musayeva Ağbəniz Əmrulla qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az