Boşanmaq istəyən həyat yoldaşını ölümlə hədələyən şəxs barədə RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Cəmiyyət


İyunun 3-də Şirvan şəhər sakini R.İbrahimov Şəhər Polis Şöbəsinə müraciət edərək kürəkəni R.Quliyevin onu və ailə üzvlərini narahat etməsi, eləcə də boşanmaq istəyən qızını ölümlə hədələməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-a bildirib ki, daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən qanunvericiliyinə uyğun olaraq zəruri bütün tədbirlər görülüb, tərəflərin izahatları alınıb.

Hazırda faktla bağlı Şirvan ŞPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır, aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

10:42

Rusiya vətəndaşı olan, əslən Füzuli rayonunun İşıqlı kənd sakini 10.09.1986-cı il təvəllüdlü Quliyev Ruslan Rəcəb oğlu iddiaya görə ondan boşanmaq istəyən həyat yoldaşını ölümlə təhdid edib. Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Oxu.Az xəbər verir ki, R.Quliyevin təzyiq və işgəncələrinə dözməyən qadın boşanmaq istəyini bildirərək atası evinə qayıdıb. İddia olunur ki, R.Quliyev qadının ata evinə hücum edərək onu təhdid edib.

Görüntüdən məlum olur ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülüb. 

Həmin görüntüləri təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir