Lökbatanda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 17-ci kilometrində baş verib.
Qeyd olunub ki, qəzaya səbəb sürücünün avtomobilin idarəetməsini itirməsi olub:
“Nəticədə “Ford Tranzit” markalı 50-DS-973 dövlət nömrə nişanlı avtomobil aşıb, avtomobildə olan məhsullar yola dağılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Ərazi üzrə DYP əməkdaşları hadisə yerinə cəlb olunublar, zəruri tədbirlər görülüb. Sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tənzimlənib. Faktla bağlı araşdırma aparılır”.
21:20
Lökbatan dairəsi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə hadisə axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək maşını aşırıb.
Maşında olan ağartı məhsulları yola dağılıb.



Könül Cəfərli
www.102info.az