Zığ Bakıya ən yaxın qəsəbə olsa da, çox vaxt buranı ən unudulmuş qəsəbə adlandırırlar.
Bloqer Anar Əliyev bu qəsəbənin problemlərini göstərən videoçarx hazırlayıb.
O, bildirib ki, burada problem çoxdur – hər zaman danışdığımız yolların və səkilərin vəziyyəti, piyada təhlükəsizliyi, eyni zamanda ümumi mühit də heç ürəkaçan deyil.
Videoda bloqer-urbanist Zığda yaşayan İlkin Babayevlə bu qəsəbəni gəzib.
Bloqer bildirib ki, bura radioaktiv fəlakətdən keçmiş və tərk edilmiş Çernobılı da xatırladır.
www.102info.az