Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonu
Şıxmahmud kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Babək rayon Aşağı Uzunoba kənd sakini, 1981-ci il təvəllüdlü Nüsrət Yunis oğlu Qəbəliyev xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az