Elm və Təhsil Nazirliyi: “Hər iki uşaqdan biri mətni oxuyub, anlamaqda çətinlik çəkir”

Cəmiyyət


“Məktəblərdə dördüncü sinif şagirdləri arasında keçirilən qiymətləndirmə monitorinqində hər iki uşaqdan biri mətni oxuyub, əsas ideyasını anlamaqda çətinlik çəkir”.

Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O qeyd edib ki, bu da təxminən 150 minə yaxın şagirddən 70 faizindən çoxunu təşkil edir:

“Ümid edirik ki, növbəti tədris ilində bu kimi problemlər düzələcək”.

İlhamə Əbülfət

www.102info.az