Bu il 150 minə yaxın 4-cü sinif şagirdi qiymətləndirilmə monitorinqinə cəlb olunacaq

Cəmiyyət


“Təhsilin keyfiyyəti ilə bağlı islahatlara başlanılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda bununla bağlı hədəflər var:

“Məzmun olaraq ibtidai siniflərdən başlayıb. Proses iki istiqamətdə gedir. Sertifikasiya imtahanı da ilkin olaraq ibtidai sinif müəllimləri üçün keçirilir”.

O qeyd edib ki, artıq ötən ildən 4-cü sinif şagirdlərinin biliyi yoxlanılır:

“Bu sonrakı illərdə də davam etdiriləcək”.

Şöbə müdiri əlavə edib ki, iyunun 10-da dördüncü sinif şagirdlərinin monitorinq qiymətləndirilməsi aparılacaq.

E.Əliyev qeyd edib ki, monitorinqdə 150 minə yaxın şagird iştirak edəcək:

“Ötən ilin nəticəsinə görə, qızların nəticələri oğlandan daha çoxdur. Azərbaycan bölməsində olan uşaqların nəticəsi də rus bölməsindən yüksəkdir. Növbəti illərdə məktəblərdə qiymətləndirmə monitorinqinə dinləyib-anlama bacarığı əlavə olunacaq”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir