“Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır”.
“Report” xəbər verir ki, bunu Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
“Hazırda ölkədə kredit faizləri ikirəqəmlidir və bu vəsaitləri real sektora yatırmaq mümkün deyil. Bunlar ancaq ticarətdə iki-üç aylıq müddətdə effekt göstərə bilər. Amma istehsala yatırıla bilməz. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı inflyasiyanı endirirsə, bank faizləri də endirilməlidir”.
www.102info.az