İyunun 6-sı saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Ceyrançöl, Qəbələ, Qax, Şamaxı, Qobustan, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qrız, İsmayıllı, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, İsmayıllı rayonunun yüksək dağlıq kəndlərinə (Lahıc, Ərəgit, yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya və s.) yağan leysan yağış nəticəsində saat 19:45 radələrində Girdimançayda sel müşahidə edilb.
Gədəbəy rayonu ərazisinə saat 18:25 radələrində diametri 8 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Naftalan, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,3 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-24, Naxçıvanda 23-30, dağlıq rayonlarda 15-18, Aran rayonlarında 26-30 dərəcə isti olub.
18:18
İyunun 6-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gəncə, Gədəbəy, Göygöl, Altıağac, Qəbələ, Şamaxı, Qobustan, Xınalıq, Oğuz, İsmayıllı, Xaltan, Balakən, Qrız, Quba, Qusarda və Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-27, Naxçıvanda 29-32, dağlıq rayonlarda 13-19, Aran rayonlarında 30-32 dərəcə isti olub.
Respublikanın əksər çaylarında sabit axım müşahidə edilib. Lakin Kür-Qıraqkəsəmən məntəqəsində 3 sm, Bərgüşadçay-Əliquluşağında 4 sm, Gəncəçay-Zurnabadda isə 9 sm artım qeydə alınıb.
09:32
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 09:00-a olan məlumatına əsasən, respublikanın bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Qusarda 16, Qaxda 15, Balakəndə 6, Zaqatala, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Quba, Şahdağ, Yardımlıda 5 mm-dək olub.
“Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,4 metrə çatıb.
İyunun 5-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 36, dağlıq rayonlarda 26, yüksək dağlıq ərazilərdə 15, Aran rayonlarında 34 dərəcəyədək isti olub”.
G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u səhərədək davam edəcək.
“Ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir”.
www.102info.az