ƏSF “Günay Bank”ın ləğvedicisi təyin edilməsi ilə bağlı üçünçü bildirişini dərc edib

Cəmiyyət


Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Günay Bank” ASC-nin ləğvedicisi təyin edilməsi ilə bağlı üçünçü bildirişini dərc edib.

Fonddan verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 %-dən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir