“Cəza insanları qayda-qanuna əməl etməyə sövq edir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev son zamanlar bəzi sürücülər tərəfindən sürət həddinin aşılması ilə bağlı danışarkən deyib.
R.Tağıyev qeyd edib ki, sürücülər qayda pozuntusunun sanksiyası çox olanda çalışır ki, qaydalara əməl etsin:
“Radar görən kimi qaydanı pozmağa çəkinirlər. Cəzaların sərtləşdirilməsi ilə bağlı layihələr hazırlanıb. Onlar qəbul olunsa, sürücü intizamının artırlmasına köməklik göstərəcək. Layihəyə görə İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsində 200 manatlıq sanksiya 300 ilə əvəz olunacaq, idarəetmə hüququ 6 aya qədər məhdudlaşdırılacaq. Bununla yanaşı sürücü hüquqsuz qəza törədirsə, 400 manat 500 ilə əvəzlənəcək.
Spirtli içki vasitəsilə səxoş olanlar ilə narkotik maddələrin təsiri altında sərxoş olanların da sanksiyaları ayrılıb. Dünyada da belə idi. Narkotiklə sərxoş olanı eyni tuta bilməzdik. Şəxs 6 aydan – 1 ilə qədər avtomobilini idarə edə bilməyəcək. Düşünürəm ki, sürücülərimiz inzibati xətadan dərs çıxaracaqlar”.
Nəzrin Vahid
www.102info.az