“Hər gün yüzlərlə piyada tərəfindən skuterlərlə bağlı şikayət daxil olur”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev son dövrdə müzakirə obyektinə çevirilən skuterlərdən danışarkən deyib.
R.Tağıyev qeyd edib ki, skuterlər ekoloji baxımdan sərfəlidir:
“Skuter ilə bağlı şikayət daha çox piyadalardan gəlir. Ekoloji baxımdan təmizdir. Mən istərdim sayı çox olsun. Amma şərait yoxdur. Skuter velosiped yolunda sürülməlidir. Avropada da belədir. Bununla yanaşı 50 km yollarda sürülməsi qadağandır. Bizdə də velosiped zolaqları geniş deyil. Skuteri Avropada 16 yaşdan başlayaraq sürmək mümkündür. Hətta Parisdə yaş kateqoriyasına əməl edilmədiyi üçün qadağa qoyulub. Bizdə də bəzən kiçik yaş kateqoriyasından olan uşaqlar icarəyə götürüb, istifadə edirlər”.
Nəzrin Vahid
www.102info.az