Çalışmanın son yaş həddinə çatmış müəllimin müqaviləsinin müddəti hansı halda artırılır?

Cəmiyyət


“Bir məktəbdə ixtisaslı kadr olmadığı halda yaş həddinə çatmış müəllimin əmək müqaviləsinə xitam verilməsi halı yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

O bildirib ki, ixtisaslı müəllim kadrı olmayana qədər çalışmanın son yaş həddinə çatmış müəllimin müqaviləsinin müddəti artırılacaq:

“Amma vakansiya elan olunduqdan sonra həmin məktəbə müəllim gəlirsə, artıq bu zaman çalışmanın son yaş həddinə çatmış şəxsin əmək müqaviləsinə xitam verilir”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love