“Bu il təhsilverənlərin sertifkatlaşdırılmasında iştirak etmək üçün hazırda 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, sertifikatlaşdırmanın test imtahanı mərhələsi 20-24 iyun tarixlərində həyata keçiriləcək:
“Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub”.
O qeyd edib ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3 127 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5 624 təhsilverən isə 10 faiz əlavə alıb:
“Bu il də imtahandan keçənlərin maaşlarına əlavələr olacaq”.



Daha çox şəkil burada: PhotoStock.az
İlhamə Əbülfət
www.102info.az