Bakıda istirahət mərkəzindən vətəndaşın avtomobilini oğurlayan şəxs saxlanıldı

Cəmiyyət


Mayın 29-da Bilgəhdə “Şəbəkə” istirahət mərkəzində vətəndaşın avtomobilini oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisəni törətməkdə şübhəli bilinən Cavid Ağayev polis əməkdaşları tərəfindən tutulub:

“Onun barəsində Cinayət Məcəlləsinin (CM) 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) ilə cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, C.Ağayev daha əvvəl də CM-nin 177-ci maddəsi (Oğurluq) ilə məhkum olunub. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, zərərçəkmiş şəxslərdən biri Emin Qasımov ötən həftə redaksiyamıza müraciətində Bilgəhdə yerləşən “Şəbəkə” istirahət mərkəzində olan zaman avtomobilinin obyektin işçiləri tərəfindən oğurlandığını bildirmişdi.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir