Ağsuda “KamAZ”ın aşması nəticəsində ölən şəxsin kimliyi məlum oldu – YENİLƏNİB

Cəmiyyət


Ağsuda “KamAZ”ın aşması nəticəsində ölən şəxsin kimliyi açıqlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu rayonu ərazisində “KamAZ” markalı yük avtomobilinin sürücüsü, 1987-cı il təvəllüdlü İmişli rayon sakini Elmin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

09:38

Ağsuda “KamAZ” markalı avtomobil aşıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, “112” qaynar telefon xəttinə Ağsu rayonunun Padarqışlaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “КаmAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir