Goranboyda küləyin aşırdığı ağac rabitə xəttinin üzərinə düşdü – FOTO

Cəmiyyət


Goranboyda müşahidə olunan güclü külək irigövdəli ağaclardan birini aşırıb.

“Report”un məlumatına görə, külək Goranboy-Qızılhacılı yolunun kənarında yerləşən və 70-ə yaxın yaşı olan “Qovaq” ağacını kökündən çıxarıb.

Nəticədə ağac rabitə xəttinin üzərinə düşüb, telekommunikasiya təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

www.102info.az