Abşeronda kassadan pul oğurlayan şəxs ələ keçdi – FOTO/VİDEO

Cəmiyyət Hadisə

Marketə daxil olan gənc kassadan 180 manat pulu götürərək aradan çıxıb.

Baku TV xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyzadə küçəsindəki marketlərdən birində baş verib.

Aparılan araşdırma zamanı həmin hadisəni törədən şəxsin Rəsul Bəkirov olduğu məlum olub.

O saxlanılaraq, Polis Bölməsinə gətirilib və məsuliyyətə cəlb olunub.

Abşeron polisinin keçirdiyi digər əməliyyatla Novxanı kəndi ərazisində üzərində küllü miqdarda – ümumi çəkisi 3 870 qram olan heroin, dörd büküm digər narkotik vasitə gəzdirən İntiqam Qurbanov tutulub.

Onun yaşadığı evə baxış keçirilib və oradan 65 ədəd narkotik tərkibli bitki olan çətənə kolu aşkar edilərək, maddi sübut kimi istintaqa təhvil verilib.

Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir