“Dünyada 80 milyondan çox insan qlaukoma xəstəliyindən əziyyət çəkir”

Cəmiyyət


“Dünyada korluğun səbəbləri kimi ikinci yerdə qlaukoma xəstəliyi dayanır”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi hesabında yayımlanan efirdə Milli Oftalmologiya Mərkəzinin Bioloji obyektlərdə və mulyajlarda praktiki bacarıqların öyrədilməsi laboratoriya şöbəsinin müdiri Mətanət Əfəndiyeva deyib.

O bildirib ki, ümumi olaraq dünyada 80 milyondan çox insan qlaukomadan əziyyət çəkir:

“2040-ci ilə qədər dünya üzrə 111 milyondan artıq insan qlaukomadan əziyyət çəkəcək. Onlardan isə 7-8 milyon insanın hər iki gözdən kor olması gözlənilir. Bu xəstəliyin bir sıra yaranma səbəbləri var, eləcə də genetik və irsi səbəbləri də ola bilir. Yaxın qohumlarda varsa, ailə üzvlərində rast gəlinmə faizi 50, nənə-babalardan isə 25-30 faizə qədər nəvə-nəticələrdə rast gəlinə bilər. Xəstəlik gizli gedir və bu, xəstəliyin ən təhlükəli cəhətidir”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir