Bakının Xəzər rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Əfqan Nəzir oğlu Səlimovu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beyinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az